22 dekabr 2011 13:53
Simurq 4 oyunçuya qapını göstərdi
“Simurq” istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin məzuniyyəti yanvarın 10-da başa çatacaq.
Yanvarın 14-də isə komanda Türkiyəyə yollanacaq. Sergey Yuranın komandası yanvarın 30-na kimi qardaş ölkədə təlim-məşq toplanışında olacaq. Bölgə təmsilçisinin burda bir neçə sınaq matçı keçirməsi də gözlənilir.
Premyer Liqanın 18-ci turunun “İnter”lə oyunundan sonra baş məşqçi Sergey Yuran artıq komandada görmək istəmədiyi futbolçuların da adını müəyyənləşdirib. Belə ki, o, 4 futbolçuya qapını göstərib. Bunlar Yevgeni Şmakov, Kristap Qrebis, Elçin Xəlilov və Samir Quliyevdi. Lakin bu siyahıya başqa oyunçuların da adının daxil olması istisna deyil.
