22 dekabr 2011 14:12
İnter də Antalyaya yollanacaq
“İnter”in futbolçuları Premyer Liqanın 18-ci turunun “Simurq”la oyundan sonra yanvarın 8-dək istirahətə buraxılıblar. Azerisport.az xəbər verir ki, paytaxt klubunun futbolçuları yanvarın 9-da “Şəfa” stadionunda toplaşacaqlar.
Yanvarın 9-dan 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək “İnter” sonradan Türkiyəyə yollanacaq. Fevralın 5-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində komanda yoldaşlıq oyunları da keçirəcək. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə ətraflı məlumat veriləcək.
