22 dekabr 2011 14:30
Rəşad Sadıqov sabah əməliyyat olunacaq
Futbol üzrə Azərbaycan yığmasının kapitanı, “Qarabağ”ın lideri Rəşad Sadıqov bu gün Türkiyəyə yola düşür. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi sabah İstanbulda əməliyyat olunacaq.
Qeyd edək ki, Sadıqov bu əməliyyatın indiyə qalmasını özü istəmişdi. Belə ki, bir müddət öncə də Türkiyəyə müalicə olunan futbolçu “Qarabağ”ın son oyunlarında iştirak edəndən sonra əməliyyata yollanacağını bildirmişdi. Sabahkı əməliyyatdan sonra millimizin kapitanı 6 həftə məcburi istirahət etməli olacaq.
