22 dekabr 2011 15:08

Rəşad Sadıqov: Biz artıq çempionluq haqda düşünmürük

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində ilin yekunlarından danışıb.
 
- “Qəbələ”ni məğlub edə bilməməyinizə nə səbəb oldu?
- Biz “Barcelona” deyilik ki, hər qarşımıza çıxanı asanlıqla yenək. Güclü komandaya qarşı oynayırdıq. Onlar çoxlarının əhval-ruhiyyəsini korlamağı bacarıblar. Bütün bunları nəzərə alsaq, belə komandayla səfərdə heç-heçəyə imza atmaq heç də pis nəticə sayılmamalıdı.
 
- Bu mövsüm “Qarabağ” ilk altılıqda qərarlaşan komandalardan yalnız ikisini məğlub edə bilib: “Bakı” (2:1) və “İnter”i (1:0)...
- Ən pisi odu ki, biz ikinci altılıqdakı komandalarla duellərdə də çoxlu xallar itirmişik. “Sumqayıt Şəhər”ə 5 xal verdik, “Rəvan”a 2 xal bağışladıq. Bütün il boyu futbolçularımız gərgin qrafik üzrə çalışıblar. Ötən mövsümün final mərhələsində birinci altılıq komandaları ilə 10 oyun keçirdik, ardından Avropa Liqası başladı. Fasiləsiz 18 oyuna çıxdıq. Özü də oyunçularımızın böyük hissəsi yığmada da çıxış edir. Odu ki, dördüncü pilləni normal sayıram. Amma 3-4 xal daha çox yığsaydıq, pis olmazdı.
 
- İndi çempionluqdan danışmaq yəqin ki, mənasızdı?
- Biz hələ 5-6 tur öncə bu haqda düşünürdük. İndi sadəcə Avropa Liqasına vəsiqə verən ilk üçlüyə düşməyə çalışmalıyıq. Biz artıq çox xal itirmişik. Belə olanda çempionluq haqda düşünməyə də dəyməz.
 
- Sizdə ötən mövsüm də eyni problem var idi, amma qış fasiləsindən sonra özünüzü toparlaya bildiniz...
- Ötən mövsüm 18 turdan sonra 30 xalımız var idi, indi isə 29. Bu mənada demək olar ki, hər şey oxşardı. Amma bu, o demək deyil ki, bu mövsümdə də hər şey yaxşı qurtaracaq. Çünki bu mövsüm ilk üçlükdə qərarlaşan komandalar çox yaxşı təsir bağışlayırlar və onlara çatmaq çətin görünür. Odu ki, bizə daha çox çalışmaq lazımdı.
 
- “Qarabağ”da nə çatışmır ki?
- Bəzi mövqeləri gücləndirmək lazımdı.
 
- Daha konkret olsaq?
- Məsələ mövqedə deyil. Bizə bir neçə təcrübəli oyunçu lazımdı. Elə oyunçular ki, komandaya yeni enerji, əhval-ruhiyyə gətirsinlər.
 
- Məgər bu keyfiyyətlər hazırda lazımınca deyil?
- Deməli, çatışmır ki, nəticələrimiz də belədi. Digər tərəfdən gördüyünüz kimi, mən daim meydanda olmuram. Yəni hər bir futbolçu zədə problemi ilə üzləşir, komandaya hər zaman kömək edə bilmirik.
 
- Əməliyyatınız nə vaxt baş tutacaq?
- Sabah. Bundan düz bir ay sonra məşqlərə başlayacağam. Mən özüm belə istədim ki, mövsümün qalan hissəsinin startına kimi hazır olum.
 
- Deməli, daha çox istirahət etmiş olacaqsız?
- Belə olan halda istirahət mümkün deyil. Amma əsas odu digər uşaqlar normal istirahət edə bilsinlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.