22 dekabr 2011 15:50
Lioenl Messi ən yaxşı seçildi
İspaniyanın "Barcelona" klubunun ulduz futbolçusu Lionel Messi növbəti mükafatını qazanıb. Azerisport.az xəbər verir ki, titul və mükafatlardan doymayan hücumuya daha bir mükafat ölkəsindən gəlib.
Belə ki, 24 yaşlı futbolçu Argentinada ilin idmançısı seçilib. Ötən mövsüm İspaniya La Liqası və Çempionlar Liqasının qalibi olan, bu günlərdə klublararası dünya çempionatında baş mükafata sahib çıxan Messi ilk dəfə ölkəsində belə mükafata layiq görülüb.
Qeyd edək ki, iki dəfə dünyada ilin ən yaxşı futbolçusu seçilən Messi bu mövsüm də namizədlər sırasında yer alır.
