22 dekabr 2011 18:38

Emil MPENZA: Özü yıxılan ağlamaz

Azerisport.az xəbər verir ki, "Neftçi" PFK-nın belçikalı futbolçusu Emil Mpenza klubu tərk etmək istəyir.
 
"Neftçi"yə gəlişini necə xatırlayırsan?
Bunadək Almaniyanın "Şalke", "Hamburq", İngiltərənin "Mançester Siti" kimi güclü klublarında çıxış etmişəm. "Neftçi"dən əvvəl isə İsveçrənin "Syon" klubunda oynamışam. Orada keçirdiyim bir mövsümdə 21 qol vurmuşam, üstəlik, Belçika milli komandasına da daim dəvət olunurdum. Yəqin ki, bütün bunlar "Neftçi" rəhbərliyinin diqqətini cəlb elədi. "Syon"la 1 illik müqaviləm qalmışdı, məni buraxmaq istəmirdilər. Eyni zamanda, "Syoni"nin prezidenti ilə münasibətlərim yaxşı deyildi. Lakin "Neftçi" PFK-nın israrı ilə keçidim baş tutdu. Ancaq bu proses çox ağır keçdiyindən, mən "Neftçi"nin təlim-məşq toplanışında, hazırlıq dönəmində iştirak edə bilmədim.
 
"Neftçi"dəki çıxışın haqda nə deyə bilərsən?
Komandamız ötən mövsüm sona 3 tur qalmış çempionluğu təmin etdi. Həmin ildə baş məşqçi Arif Əsədovun istəyi ilə öz mövqeyimdə oynamasam da, rəqib qapılarına 6 qol vurdum və bir çox məhsuldar ötürmə etdim. Karyeram boyu heç vaxt ikinci hücumçu rolunda çıxış etməmişdim. Amma ümumi komandamızın uğurunu düşünərək, bunu etdim. Təəssüf ki, bu mövsüm start heyətində meydana çıxmamışam. Oyun praktikası çox olmasa belə, özümü tam hazır sayıram. Komandada heç kimlə problemim yoxdur. Baş məşqçi Böyükağa Hacıyevin seçiminə hörmətlə yanaşıram.
 
Bu vəziyyət səni qane edirmi?
Təbii ki, bu durum məni razı sala bilməz. Hücumçunun işi meydanda olub, komandasına kömək etməkdir. Bir daha deyirəm ki, özümü buna tam hazır sayıram. Amma meydana çıxacaq heyəti baş məşqçi təyin edir. Mən professional futbolçuyam. Ara-sıra "Emil Mpenza Azərbaycana pul dalınca gəlib" kimi ictimai fikirlər səsləndirirlər. Mən Emil Mpenzayam, böyük klublarda illik müqaviləm 5-6 milyon avro olub, sizcə, mənim pula ehtiyacım varmı? Əksinə, Azərbaycana gəlməyimlə millinin də qapıları üzümə bağlandı. Amma mən heç vaxt qərar verdiyim işdən peşman olmuram. Artıq neçə vaxtdır Azərbaycandayam, Bakı şəhəri mənim çox xoşuma gəlir, milli mentalitetə də alışmışam. Sizdə bir deyim var: "Özü yıxılan ağlamaz", gühan özümdədir. Amma bunu mən karyeram baxımından bildirirəm. Böyük klublarda çıxış eləmişəm, lakin "Neftçi"nin prezidenti Sadıq Sadıqov kimi futbolçulara münasibət göstərən ikinci prezident görməmişəm. Bir sözlə, bu gün reallıq odur ki, bu mövsüm komandama yetərincə xeyir verə bilməmişəm. Bu isə nə məni, nə də klubu qane edir. Professional futbolçuyam, heyəti baş məşqçi müəyyənləşdirir. Elə bir tərbiyə almışam ki, heç vaxt baş məşqçiyə etirazımı bildirmərəm. Baxmayaraq ki, Azərbaycan futbolunda matçın başa çatmasına 5 dəqiqə qalmış futbolçular meydana çıxmağa etiraz edirlər. Bu, peşəkarlığa yaraşmayan hərəkətdir.
 
Çıxış yolunu nədə görürsən?
Peşəkar futbolçu belə bir vəziyyətdə iki addımdan birini atmalıdır. Ya start heyətində yer almalı, ya da özünə yeni klub axtarmalıdır. Artıq menecerlərim də komanda axtarışına başlayıb, yəqin ki, qış fasiləsində "Neftçi"ni tərk edə bilərəm. Əslində, belə kollektivdən ayrılmaq istəməzdim. "Neftçi" rəhbərliyinin futbolçulara münasibəti, burada yaradılan şərait hər kəs kimi, məni də qane edir. Amma bu, futbolun qanunudur. Özümə hörmət edən futbolçuyam, ya oynamalıyam, ya da getməliyəm. "Neftçi" hazırda liderdir, ümid edirəm ki, mövsümün sonunda ardıcıl ikinci dəfə çempion olacaq. Fərqi yoxdur, komandaya qələbə gətirən qolları kim vurur: Bahodir, Flavinyo və ya Mpenza. Əsas odur ki, "Neftçi" qələbə qazansın...
 
Belə çıxır ki, Azərbaycandan ayrılmaq fikrindəsən. Futbolumuz haqda nə deyərdin?
İl yarıma yaxındır ki, Azərbaycandayam. Açığını bildirim, buna qədər süni örtüklü meydançada oynamamışdım. Belə meydançalar futbolçuların tez-tez zədələnməsinə gətirib çıxarır və futbolun sürətini azaldır. Bu azmış kimi, burada təbii ot örtüklü meydançaların da vəziyyəti ürəkaçan deyil. Bu vəziyyət futbolun inkişafına təsirsiz ötüşmür. Amma görürəm ki, Azərbaycanda yeni futbol infrastrukturu yaradılır. Artıq yeni stadionlar inşa edilir. Lakin istərdim ki, onların ot örtükləri təbii olsun. Bir neçə ildən sonra burada da futbolun səviyyəsi hiss olunacaq dərəcədə arta bilər. Həm də gənc nəslin yetişməsinə daha çox diqqət ayrılmalıdır. Elə "Neftçi"nin özündə çoxlu sayda gənc və perspektivli futbolçular var. Məhz onlar Azərbaycan futbolunun gələcəyi olmalıdır. Gənc futbolçuları çox istəyirəm. Azərbaycanda bu qədər gənc istedadın olmasına çox təəccüblənirəm. Amma onların yetişməsində böyük problemlər var. Bu istedadlar düzgün istiqamətləndirilsə və onlar gecə-gündüz öz üzərində çalışsa, Avropanın böyük klublarında oynaya bilərlər. Eyni zamanda, onlara daha çox şans verilməlidir.
 
klubun rəsmi saytı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.