22 dekabr 2011 22:52
Terek Neftçiyə rəqib oldu
Məlum olduğu kimi, “Neftçi” qış fasiləsində Türkiyədə təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubu burda bir neçə sınaq matçında qüvvəsini sınamağı da planlaşdırır.
Artıq rəqiblərdən biri məlumdu. Bu, Rusiya Premyer Liqasında çıxış edən “Terek”di.
Digər rəqiblərin Polşa, Rumıniya və digər Avropa ölkələrinin klubları olması gözlənilir. Bütövlükdə, “Neftçi” altı sınaq matçı keçirməyi planlaşdırır. Bu oyunlardan bəziləri həmin zaman təşkil olunacaq beynəlxalq turnir çərçivəsində baş tutması da mümkündü. Belə ki, yanvarın 28-də Belekdə startı veriləcək turnirdə Azərbaycan çempionunun da iştirakı gözlənilir.
