22 dekabr 2011 23:06
Diniyev qayıdır
Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun “Qəbələ” – “Neftçi” oyununun antiqəhrəmanı Ramil Diniyev hakimliyə qayıdır. Azerisport.az xəbər verir ki, məhz həmin oyuna görə diskvalifikasiya olunan ədalət təmsilçisi işinə dönəcək.
Lakin o, sadəcə birinci divizion oyunlarını idarə edə biləcək. Həmin səhvlərinə görə Diniyevin yenidən Premyer Liqa oyunlarını idarə etməsinə imkan verilməyəcək.
