22 dekabr 2011 11:37
İqor Mitreski: İnterdən qisasımızı alacağıq
“Neftçi”nin müdafiəçisi İqor Mitreski Premyer Liqanın 18-ci turunun “Kəpəz”lə oyunundan (2:0) sona azerisport.az saytının suallarını cavablandırıb.
- “Kəpəz” üzərində qələbə heç də asanlıqla əldə olunmadı...
- İli yaxşı nəticəylə başa vurmağı bacardıq. Düzdü, asan qələbə olmadı. Amma çox vacib qələbələrdən biri idi. Biz qələbə qazanıb, fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmalıydıq. Lakin ehtiyatlı oynamağa da borclu idik. Çünki son turda xal itirmək istəmirdik.
- Fasiləyə birinci pillədə getmək bu qədər prinsipial xarakter daşıyırdı?
- Şübhəsiz ki, bu, bizim üçün vacib əhəmiyyət kəsb edirdi. İndi çempionatın qalan hissəsinə daha inamlı şəkildə hazırlaşacağıq. İstənilən halda biz bu liderliyə layiqik.
- Bu mövsüm əsas izləyiciniz olan “İnter”ə iki dəfə məğlub oldunuz. Niyə zirvəni məhz siz haqq edirsiz?
- Çünki biz daha çox xal toplamışıq. “İnter”dən isə bu mövsüm revanşımızı alacağıq. Bu, bizim üçün əlavə bir motivasiya olacaq.
- Çünki biz daha çox xal toplamışıq. “İnter”dən isə bu mövsüm revanşımızı alacağıq. Bu, bizim üçün əlavə bir motivasiya olacaq.
- Düşünmürsüz ki, bu komandaya məğlubiyyət bu ilki nəticənizi xeyli pisləşdirdi. Onları yenməklə çox yaxşı xal fərqinə nail ola bilərdiz...
- Xeyr. Biz Premyer Liqada intriqanı saxlamış olduq (gülür). Amma ciddi götürsək, hərdən məğlubiyyətlər də olur. Amma biz yolumuza davam edirik. Yaxşı hazırlaşacağıq. Turnir cədvəlinin birinci pilləsindəki yerimizi qorumaq istəyirik.
- Son oyunda siz də “fərqlənməyə” imkan tapdınız. Anar Salmanov sizi niyə meydandan qovdu?
- İkinci sarı vərəqə aldığıma görə. Əgər hakim belə qərar verdisə, qoy olsun. Bu, mənim qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollanmağıma qətiyyən mane olmadı.
- İkinci sarı vərəqə aldığıma görə. Əgər hakim belə qərar verdisə, qoy olsun. Bu, mənim qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollanmağıma qətiyyən mane olmadı.
- Amma 2012-ci ildəki ilk oyunu kənarda izləməli olacaqsız...
- Bu, əlbəttə, pisdi. Amma hələ həmin oyuna çox vaxt var. Fikrimcə, komandamız yaxşı hazırlaşdıqdan sonra mənsiz də uğur qazana biləcək.
