22 dekabr 2011 12:01
Azərbaycan Suriya ilə qarşılaşa bilər
Futbol üzrə Azərbaycan yığmasının növbəti ildə Dubayda həyata keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu üçün rəqib axtarışları davam edir. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız Birləşmiş Ərəb Əmirliklərində Suriya ilə qarşılaşa bilər.
Çünki həmin dövrdə Suriya yığması da Dubayda təlim-məşq toplanışı keçirməyi planlaşdırırlar. Onların da toplanış çərçivəsində bir sınaq matçı keçirmək planı var. Belədə, sözügedən iki ölkə yığmasının yoxlama matçında üz-üzə gəlməsi istisna deyil.
Qeyd edək ki, yığmamızın Dubay toplanışı 2012-ci ilin 22 fevralından başlayacaq və martın 1-nə qədər davam edəcək.
