23 dekabr 2011 13:07
Azərbaycan millisi dünyada 15-ci oldu
Futzal üzrə dünya yığmalarının yeni reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi son siyahıda 15-ci yerdə gedir.
Joze Alesionun komandasının hesabında 1348 reytinq xalı var. Ötən reytinq siyahısı ilə müqayisədə komandamız 2 pillə geriləyib.
Qeyd edək ki, AÇ-2012-nin qrup mərhələsində Azərbaycan yığmasının rəqibi olan Portuqaliya 5-ci yerdə gedir. Digər rəqibimiz – Serbiya isə bizdən 4 pillə öndədi – 11-ci yer.
