23 dekabr 2011 13:12
Türklərdən Fransaya İddaalı etiraz
Türkiyənin "Spor Toto" şirkəti Fransaya özünəməxsus şəkildə etiraz edib. Azerisport.az xəbər verir ki, şirkət Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qərar qəbul etməsindən dərhal sonra bu ölkənin futbol və basketbol çempionatlarını "İddia" proqramından çıxarıb.
Yəni Türkiyədə proqnozsevərlər bundan sonra Fransanın Liqa 1, Liqa 2 və basketbol birinciliyinə pul qoyuluşu edə bilməyəcəklər.
