23 dekabr 2011 13:31
Şahin Diniyev yaxın günlərdə Latviya klubu ilə müqavilə bağlayacaq
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin Latviyadan təklif aldığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu ölkənin “Yurmala” klubunun həmyerlimizlə danışıqları hələ də davam edir.
Lakin məsələnin konkretləşməsi hələ də mümkünsüzdü. Bunun üçün isə ilk növbədə “Yurmala”nın yeni sponsporuna qovuşması lazımdı. Bu məsələnin də dekabrın son günlərində rəsmləşməsi ehtimalı var. Yalnız bundan sonra Diniyev yeni komandası ilə müqavilə bağlamalıdı.
