23 dekabr 2011 01:16
“Mənim Bakıda qorxacağım heç nə yox idi”
Bu yaxınlarda Estoniya mətbuatında “Rəvan”ın sabiq qapıçısı Artur Kotenkonun sensasion müsahibəsi getmişdi. Azerisport.az xəbər verir ki, o, həmin müsahibəsində Bakı klubundan ayrılmasına dair gözlənilməz açıqlamalar vermişdi. Azerisport.az-ın əməkdaşı da bu futbolçuyla əlaqə saxlayaraq, hər şeyi dəqiqləşdirməyə çalışıb.
- Siz “Rəvan”dan niyə ayrıldınız?
- Gedişimə səbəb yalnız klubun özünün məni komandada saxlamaq istəməməsi oldu. Belə demək mümkünsə, performansım rəhbərliyi qane etmədi.

- Yəni ki, ayrılıq birtərəfli qaydada oldu?
- Həqiqətən elədi. Mən getmək fikrində deyildim.

- “Rəvan”ın sizə borcu qalmışdı?
- Maliyyə baxımından problemlər qalmışdı. Borcun məbləğini açıqlamaqda məna görmürəm. Bu məlumat ictimaiyyət üçün deyil. Bu haqda hər kəsə danışmaq doğru olmazdı.

- Siz rəhbərliyin qərarı ilə - yəni komandaya faydasız olduğunuzla razısız?
- Bu qərarı müzakirə etmək istəmirəm. Çünki artıq məsələyə nöqtə qoyulub.

- Azərbaycan futboluna necə gəlmişdiniz?
- Yayda agentimə belə bir təklif gəldi. “Rəvan” mənimlə maraqlanırdı. Özü də klub mənə baxışa ehtiyac duymadan təklif ünvanlamışdı.
- Və üstündən 3-4 ay keçəndən sonra klub özü sizdən imtina etdi. Çox üzücü oldu?
- Əlbəttə, xoşagəlməz vəziyyətdi. Çünki futbolda belə şeylərə çox təsadüfi hallarda rast gəlmək mümkündü.

- Keçmiş komandanız haqda nə deyə bilərsiz?
- “Rəvan”da yaxşı futbolçuların olduğunu qeyd edə bilərəm. Mehriban kollektiv, əla uşaqlar var idi. Məni komandada yaxşı qarşıladılar. Əlbəttə, görüləsi işlər var. Bu da daha çox infrastrukturla bağlıdı. Aydın məsələdi ki, klubu qısa müddətə beynəlxalq arenaya çıxarmaq mümkünsüzdü. Bunun üçün sadəcə vaxt lazımdı.
- Bəs Azərbaycan və Estoniya klublarını necə müqayisə edərdiz?
- Bunu etmək mənim üçün çətindi. Çünki çoxdandı öz klublarımızdan uzağam. İstənilən halda onu deyə bilərəm ki, Azərbaycanda infrastrukturun daha da yaxşılaşdırılmasına ehtiyac var. Əsas odu ki, inkişaf üçün şərait var. Əminəm ki, orda tezliklə hər şey daha yaxşı olacaq.

- Estoniya mətbuatına müsahibənizdə demişdiz ki, “qorxuram və Bakıya qayıtmaq istəmirəm”. Bu qorxu nə ilə bağlıdı?
- Bu, yanlış anlaşılmadı. Mən elə söz deməmişəm. Görünür jurnalist ya düzgün yazmayıb, ya özündən əlavə edib. O, məndən soruşdu ki, yenidən Azərbaycana qayıtmaq istərsən? Mən də bildirdim ki, yox. Nədən qorxa bilərəm ki? Mənim Bakıda qorxacağım heç nə yox idi. Onu qəzetdə oxuyan kimi jurnalistə zəng edib, narazılığımı bildirdim.
- Karyeranızı harda davam etdirəcəksiz?
- İndi formamı qorumaq üçün Estoniyanın “Nimme Kalyu” klubunda məşq edirəm. Qışda baxışa yollanacağam. Xaricdə oynamaq istəyirəm.