23 dekabr 2011 02:24
Neftçi Ajaxın sabiq oyunçusunu gözləyir
Azərbaycan çempionu “Neftçi” qışda Hollandiyanın “Ajax” klubunun sabiq oyunçusu ilə güclənə bilər. Azerisport.az xəbər verir ki, bu, 28 yaşlı qanalı futbolçu Abadaydı.
Paytaxt klubu onu Türkiyədə həyata keçirməyə hazırlaşdığı təlim məşq toplanışında sınaqdan keçirəcək. Qanalı oyunçunun da “ağ-qaralar”ın düşərgəsinə məhz qardaş ölkədə qoşulması gözlənilir.
Qeyd edək ki, “Neftçi” qış təlim-məşq toplanışını Antalyada keçirəcək.
