23 dekabr 2011 14:23
Böyükağa Hacıyev: Arif Əsədovun aqibətini yaşamaq istəmirəm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqada qış fasiləsi yaranması münasibəti ilə azerisport.az saytının suallarını cavablandırıb, çempionatın geridə qalan dövrünü dəyərləndirib.
- Qışda “Neftçi”də nə dəyişikliklər gözlənilir?
- Böyük dəyişikliklər gözlənilmir. Biz sadəcə belçikalı hücumçu Emil Mpenzaya özünə yeni klub tapmaq imkanı yaratdıq. Onun böyük təcrübəsi, əla karyerası var və futbolda çox işlər görüb. Amma təəssüf ki, son aylarda komandaya kömək edə bilmirdi. Əgər özünə klub tapa bilsə, “Neftçi”ni tərk edəcək. Əks halda müqaviləsinin sonuna kimi bizimlə qalacaq. Mümkündü ki, kiçik dəyişikliklər edək. Həmçinin gənc futbolçulara da özlərini göstərmək imkanı yaradacağıq.

- Həmin gənclərdən hansılar sizin ümidlərinizi doğrulda bilib?
- Fikrimcə, gənc oyunçular təcrübə yığmaq üçün oynamalıdılar. Cavid Hüseynov daha yaxşı oynamaq üçün bundan da artıq çalışmalıdı. Cavid İmamverdiyevin yaxşı meydanı görməsi var, amma məşqlərdə daha çox işləməlidi. Fərid Quliyev öz qolları ilə “Neftçi”yə çətin oyunlarda kömək edir. Legionerlərdən də razıyam. Rodriqinyo da sıraya dönsəydi, lap əla olardı. Onun meydana nə vaxt dönəcəyini yanvarda dəqiq biləcəyik.

- Hansı mövqelərə güclənmək lazımdı?
- Bizə bir dayaq yarımmüdafiəçisi və hücumçu lazımdı. Qalan mövqelərdən razıyam. Bizə elə oyunçular almaq lazımdı ki, yayda avrokuboklarda köməyimizə çata bilsinlər. Çünki bizim hədəfimiz yalnız ölkə çempionluğunu qazanmaqla kifayətlənmir. Həmçinin Avropada da uğurlu çıxış etmək istəyirik.

- Artıq bu yöndə hansısa planınız var?
- Biz həm yerli, həm də əcnəbi oyunçu alacağıq. Hələlik ad açıqlamayacağam. Çünki hələ klubları ilə müqavilələri var. Yalnız birinin adını çəkə bilərəm. Bu, 28 yaşlı qanalı yarımmüdafiəçi Abadaydı. Son mövsümü ABŞ-da keçirib, vaxtilə “Ajax”da oynayıb. O, komandamızın düşərgəsinə Türkiyə toplanışı vaxtı qoşulacaq.

- Türkiyə toplanışında kimlərlə oynamağı planlaşdırırsız?
- Hələ yalnız “Terek”lə oynayacağımız dəqiqləşib. Rumıniya və Polşa klubları ilə də qarşılaşa bilərik. Bununla yanaşı Türkiyədə turnirdə də iştirak edəcəyik. Yanvarın 28-də başlayacaq.

- Avrokuboklarda ötən ilki aqibətlə üzləşməkdən çəkinmirsiz ki?
- Bizim hazırlıq üçün vaxtımız olacaq. Fiziki hazırlıq və bəzi taktiki dəyişikliklər avrokuboklarda da uğurlu çıxış etməyimizə şərait yaradacaq. Mən nəyə getdiyimi bilirəm. Bilirik ki, tənqidlər, təzyiq olacaq. Amma mən bütün bunlara hazıram. “Neftçi” həmişə qələbə qazanmaq istəyən komandadı. Sonuncu dəfə nə olduğunu da bilirəm. Arif Əsədovun aqibətini yaşamaq istəmirəm.

- Sizin komandaya gəlişinizdən bəri nə dəyişib?
- Öz işindən danışmaq yaxşı deyil. Mən özümü həmişə tənqid edirəm. Yaxşısı budu mənim işimi jurnalistlər qiymətləndirsinlər. “Neftçi” indi yaxşı oynayır, bütün oyun boyu hücum edir. Amma komandam bundan da yaxşı oynaya bilər. Dörd ay ərzindəki işim ortadadı. Hamı görür ki, komanda yaxşılığa doğru dəyişib. İstənilən əcnəbi baş məşqçi üçün 2-3 tələb olunur. Amma mən o qədər gözləyə bilmərəm. Çünki “Neftçi” ölkə çempionudu və yenidən bu titula sahib çıxmalıdı.

- Mirça Rednikin istefasından sonra özünüzə yeni motivasiya mənbəyi tapmısız?
- Bəli, əvvəllər Rednik mənim motivasiyamı daha da yaxşılaşdırırdı. Kollektivi oyunlara daha yaxşı hazırlaşdıra bilirdim. İndi isə “İnter”in baş məşqçisi Kaxaber Tsxadadzedi. Son iki oyunda onlara məğlub olmuşuq. Amma eybi yox. Bizim hələ onlardan revanş almaq imkanımız olacaq. Tsxadadzeylə mübarizəyə hazıram.