23 dekabr 2011 14:37

AFFA Simurqu baş məşqçisiz və azarkeşsiz qoyub, 11 000 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
Premyer Liqanın 18-ci turunun “Simurq” –  “İnter” matçının 54-cü dəqiqəsində “Simurq”un  futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Simurq”un baş məşqçisi Sergey Yuran texniki zona qayadalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub. Matçın 69-cu dəqiqəsində “Simurq” azarkeşləri tərəfindən meydançaya atılmış kənar əşyalardan biri matçın baş hakiminin başına zədə yetirib və nəticədə ona təcili tibbi yardım göstərilib. “Simurq” azarkeşləri tərəfindən dəfələrlə meydançaya kənar əşyalar atıldığı üçün kluba aşağıdakı cərimə və cəzalar tətbiq olunur:
 
“Simurq” növbəti iki ev oyununu azarkeşsiz keçirsin və kluba 8000 manat cərimə verilsin. Oxşar hadisənin baş verəcəyi təqdirdə “Simurq”a qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
 
Hakimlər Komitəsi oyunun hakimlər briqadası haqqında  lazımı ölçü götürüb İntizam Komitəsinə yazılı məlumat versin.
 
“Sumqayıt Şəhər” –  “Turan” matçının 68-ci dəqiqəsində “Turan”ın futbolçusu Məhərrəm Müslümzadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
“Rəvan” –  AZAL matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
“Qəbələ” –  “Qarabağ” matçının 89-cu dəqiqəsində “Qəbələ”nin məşqçisi Vüqar Məmmədov texniki zona qayadalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün  1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
 
“Neftçi” –  “Kəpəz” matçının 55-ci dəqiqəsində “Neftçi”nin futbolçusu İqor Mitrevski idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 66-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Armand Feutçin kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.