23 dekabr 2011 14:50
Neftçinin futbolçusu 4 oyunluq diskvalifikasiya olundu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 18-ci turunun “Xəzər Lənkəran” – “Bakı” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Neftçi” – “Kəpəz” matçının 40-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Qafar Qafarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 65-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Emin Mehdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. atçın 70-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Fuad Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
