23 dekabr 2011 15:37
İnter Lokomotiv və Minskə rəqib oldu
Yanvar ayının 4-dən 6-dək Rusiya Federasiyasının Voronej şəhərində Andrey Likontsevin xatirəsinə həsr olunmuş uşaqlar arasında futbol turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Rusiyanın, Ukraynanın və Belarusun U-10 komandaları qarşılaşacaq.
Qeyd edək ki, həmin turnirdə Azərbaycanı “İnter”in Uşaq-Gənclər Futbol Məktəbinin “İnter” və “Şəfa” komandaları təmsil edəcək.
Əlavə edək ki, “Şəfa” “A” qrupunda “Metallist” (Xarkov, Ukrayna), “Salyut” (Belqorod, Rusiya), “Futbol Akademiyası” (Voronej, Rusiya) və “Strela” ( Voronej, Rusiya) komandalarıyla mübarizə aparacaq.
“B” qrupunda çıxış edəcək “İnter” isə “FK Minsk”(Minsk, Belarus), “Fakel” (Voronej, Rusiya), “Lokomotiv” (Liski, Rusiya), “Kristal”(Voronej, Rusiya), “Metallurq-Oskol”( St.-Oskol, Rusiya) komandalaryla üz-üzə gələcək.
