23 dekabr 2011 16:08
Qəbələnin yeni sponsoru müəyyənləşdi
"Qəbələ" və Türkiyənin aparıcı tibb mərkəzlərindən biri olan "Acıbadem Hospitals Group" arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Azerisport.az xəbər verir ki, "Acıbadem" "Qəbələ"nin 2011-2012 mövsümünün sonuna qədər tibbi xidmətlər üzrə rəsmi sponsoru olacaq. İki tərəf arasında müqavilənin gələn mövsüm də davam etməsi gözlənilir.
Qeyd edək ki, "Acıbadem" 1991-ci ildən Türkiyə ilə yanaşı beynəlxalq arenada da yüksək standartlara uyğun tibbi xidmətlər verməkdədi. Bu müddət ərzində xəstəxana və tibb mərkəzlərindən ibarət səhiyyə şəbəkəsini böyüdən "Acıbadem" bu gün 16 tam təchizatlı xəstəxana və 8 polikilinika ilə xidmət göstərir. Bu xəstəxana və mərkəzlərin 11-i JSCI tərəfindən 2005-ci ildən etibarən akkreditasiya edilib. Türkiyənin aparıcı özəl tibb xidməti qurumlarından olan "Acıbadem"in personal sayı 13 000-ə çatıb.
