23 dekabr 2011 16:37
AFFA-dan Turana ikiqat texniki məğlubiyyət
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında qurumun təşkil etdiyi aşağı yaş qrupları üzrə çempionatla bağlı da qərarlar çıxarılıb. Azerisport.az həmin qərarlarla sizi də tanış edir.
16 dekabr 2011-ci il U-17 Liqanın “Simurq” – “Turan” matçında “Turan” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
15 dekabr 2011-ci il U-16 Liqasının AZAL – “Turan” matçında “Turan” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
14 dekabr 2011-ci il U-15 Liqanın “Bakı 008” – “Neftçi” matçının 21-ci dəqiqəsində “Bakı 008” klubunun futbolçusu Rəhim Mirzəyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
17 dekabr 2011-ci il U-15 Liqanın “Xəzər Lənkəran” – AZAL matçının 64-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Milad Bayramov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 70+3-cü dəqiqəsində AZAL-ın futbolçusu Muxtar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
