23 dekabr 2011 17:24
Ukraynalı futbolçu Azərbaycan klubundan imtina etdi
Ukraynalı futbolçu Vladimir Çulanov Azərbaycan klubundan imtina edib. Azerusoirt.az xəbər verir ki, bu barədə sözügedən oyunçunun şərəfini qoruduğu “Desna” klubunun baş məçqçisi Aleksandr Deriberin məlumat verib.
O, Çulanovun Azərbaycan klubundan təklif aldığını bildirsə də, qəbul etmədiyini açıqlayıb. Lakin sözügedən mütəxəssis söhbətin konkret hansı klubun təklifindən getdiyi barədə məlumat verməyib.
