23 dekabr 2011 17:36
Millimizin rəqibi yeni baş məşqçisinə qovuşdu
Futbol üzrə Şimali İrlandiya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən ölkə yığmasını Maykl O`Nil çalışdıracaq.
Artıq bu təyinat dəqiqləşsə də, tam rəsmiləşməsi gələn həftə başa çatacaq. 42 yaşlı mütəxəssisin son iş yerinin İrlandiya “Shamrock Rovers”i olduğunu da vurğulayaq. Hansı ki, o, bu komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarmışdı.
Qeyd edək ki, Şimali İrlandiya DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibidi.
