23 dekabr 2011 18:19

Arda Turan üçün yeni baş məçqçi

İspaniya La Liqa iştirakçılarından olan “Atletico”nun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Türkiyə millisinin ulduz futbolçusu Arda Turanın da çıxış etdiyi Madrid təmsilçisini bundan sonra Dieqo Simone çalışdıracaq.
 
O, son uğursuzluqlara görə ötən gün istefaya göndərilən Qreqorio Mansanonu əvəzləyib. Komandanın İspaniya kubokunun 1/16 final mərhələsində aşağı liqa təmsilçisi "Albecete"yə 1:3 hesablı məğlubiyyətini və La Liqadakı uğursuz çıxışını nəzərə alan klub başbilənləri onunla yolları ayırmağa qərar vermişdi. İndi Dieqo Simonenin Mansanoya nə dərəcədə layiqli əvəzləyici olduğunu zaman göstərəcək. Qeyd edək ki, "Atletico" İspaniya çempionatının cari mövsümündə 16 turdan sonra 19 xalla 10-cu pillədə qərarlaşıb. Argentinalı yeni mütəxəssisin vaxtilə bu komandada futbolçu kimi çıxış etdiyini də vurğulayaq.

Yeri gəlmişkən, “Atletico” ilə eyni vaxtda baş məşqçisiz qalan La Liqanın digər təmsilçisi - “Villareal” da özünə yeni çalışdırıcı tapıb. Bu komanda isə Xuan Karlos Qarridonun boşaltdığı posta Xose Fransisko Molinanı gətirib.
 
Bu komandada da baş məşqçi dəyişikliyinə İspaniya kubokunun 1/16 final mərhələsində 3-cü liqa klubuna (!) – “Mirandes”ə məğlubiyyət səbəb olub. Çempionatda da işləri yaxşı getməyən komandanın rəhbərliyi məhz bu üzdən Qarridonun əvəzində Molinanı gətirib. Çünki komanda bu mövsümə heç də yaxşı başlamayıb. ÇL-də qrup oyunlarının hamısından xalsız ayrılmaqla antirekorda imza atan ilk İspaniya klubu çempionatdakı 16 matçda da sadəcə 3 dəfə qələbə qazana bilib. Komanda hazırda 15 xalla turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.