23 dekabr 2011 11:27

Azərbaycanlı hakimlər AÇ-2016-da

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov azerisport.az saytına müsahibəsində Premyer Liqanın qış fasiləsinə qədərki dövrünü dəyərləndirib.
 
- İki gün öncə UEFA Hakimlər Komitəsi Avropa çempionatını idarə edəcək 12 hakimin adını açıqladı. Onların arasında keçmiş SSRİ ölkələrindən heç birinin olmamasını necə qiymətləndirirsiz?
- Mən buna xüsusi təəccüblənmədim. Götürək elə Rusiyanı. Sovet hakimlik tam fərqli idi, Rusiyada tam fərqli səviyyədi. Baxmayaraq ki, onların çempionatı maraqlıdı, hakimləri bizimkiləri elə də ciddi şəkildə qabaqlamırlar. Ruslarda indi gənc, perspektivli hakimlər yoxdu. Azərbaycanlı hakimlər çox tənqid olunsalar da, bizdə bəzi gənclər var ki, yaxşı gələcək vəd edirlər, özlərini heç də pis tərəfdən göstərmirlər.

- Bəs bizim hakimlərin Avropa futbolunda görünməsinə nə mane olur?
- Daha çox işləmək, hər həftə oyun idarə etmək lazımdı. Amma bizim hakimlər çox az oyun təcrübəsinə malikdilər. Hər halda biz də çalışırıq.
 
- Bizdə ən perspektivli hakim kimi Əliyar Ağayev göstərilir. Onu nə vaxt Avropada görə biləcəyik?
- Əgər Çempionlar Liqasının, Avroliqanın oyunlarını izləsək, görərik ki, həmin görüşləri daha çox Avropanın aparıcı futbol ölkələrinin hakimləri idarə edirlər. Təsadüfi hallarda kənar kimlərəsə dəvət göndərilər. Məsələn, Lüksemburqdan Alan Hammer kimi istisnalar da olur. Amma onun bir üstünlüyü var ki, Fransa çempionatının oyunlaırını idarə edir. Gəlin razılaşaq ki, “Milan” – “Juventus” matçını idarə etməklə “Neftçi” – “Turan” görüşünü yönəltmək fərqli şeylərdi. Bunu müqayisə etməyə də dəyməz. Əlbəttə, gözlənilməz adlar da olur. Məsələn, Ravşan İmratov kimi.
 
- Yaxın gələcək üçün nə gözləyə bilərik?
- Fikrimcə, hər şey yaxşı olacaq. Unutmaq olmaz ki, Azərbaycan Rusiyadan da fərqli olaraq UEFA-nın Hakimlik Konvensiyasına daxil olub. Biz bunun üçün 8 ay hazırlaşdıq və ora düşdük. İndi işləmək lazımdı. Həm gənclər, həm də veteranlar. Hər veterana iki gənc hakim veririk ki, birgə oyun idarə edib, sonradan müzakirə etsinlər. Baxmayaraq ki, eyni zamanda pul da qazanırlar. Yanvardan etibarən biz hakimlərimiz üçün xüsusi fiziki hazırlığa baxan məşqçi də tapacağıq.
 
- Bunun nəticəsi nə ola bilər?
- Ola bilər ki, AÇ-2016-nın siyahısında azərbaycanlı hakimlər də olsun. Bunun üçün biz çox çalışmalıyıq. 33 hakimimizdən 28-i ingilis dilini bilir. Hakimləri seçərkən onların intellekt səviyyəsinə də diqqət yetiririk.
 
- Premyer Liqanın cari mövsümündə baş verən olaylar Azərbaycan hakimliyinin imicinə mənfi təsir göstərməyəcək ki?
- Xeyr. Siz Hollandiya çempionatının “Ajax” – “AZ Alkmaar” oyununda nə baş verdiyini gördünüz? Sadəcə, düzgün qiymət vermək lazımdı.
 
- Sizcə, hakimlərin təhlükəsizliyini artırmağa ehtiyac var?
- Tovuzdakı olaydan sonra PFL təhlükəsizlik tədbirlərini gücləndirib. Hakimlərin səhvindən çox danışılır. Amma klublar günahı özlərində axtarmalıdılar.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.