23 dekabr 2011 11:44
Xəzər Lənkəranda yeni məşqçi
"Xəzər Lənkəran"ın baş məşqçisi Cüneyt Biçərin yeni köməkçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssisin həmyerlisi Faiq Vural "Xəzər Lənkəran"ın məşqçisi təyin olunub:
Qeyd edək ki, 1977-ci ilin 25 iyulunda İzmirdə dünyaya gələn Faiq Vural indiyədək Türkiyənin "Manisaspor", "Adana Dəmirspor", "Giresunspor" və "Altay" klublarında çalışıb.
