23 dekabr 2011 11:53

Xəzər Lənkəran üçün ən asan rəqib: Bakı

Premyer Liqanın 18-ci turunda “Xəzər Lənkəran”ın qonağı olan “Bakı” statiskaya əsasən cənublular üçün ən asan rəqiblərdən birinə çevrilir. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi növbəti dəfə böyük hesabla məğlub olduğu Lənkəran klubu ilə oyundan tarixdə üçüncü dəfədi ki, eyni hesabla ayrılır. Rəqibini 3:0 hesabı ilə üstələyən “Xəzər Lənkəran” 2009-cu il aprelin 4-də və elə həmin il noyabrın 26-da da rəqibindən bir baş üstün oynayaraq 3:0 hesabına sevinmişdi.
 
Bu komandanın “Bakı”dan çox böyük hesabla məğlub etdiyi rəqibi olmadığından paytaxtın eyniadlı təmsilçisi cənublu futbolçular üçün ən asan rəqiblər siyahısına daxil edilə bilər. Düzdü, daxili arenada sayca 45-ci böyük hesablı qələbəsini qazanan “Xəzər Lənkəran”ın ən böyük “qurban”ı 6 dəfə darmadağın olunan “Gənclərbirliyi”di. Lakin artıq bu komanda mövcud deyil. Eyni zamanda bakılılarla eyni qədər – üç dəfə böyük hesabla üstələnən digər rəqiblər də var. Onların da çoxu artıq aşağı dəstədə mübarizə aparır.
 
Ümumilikdə Azərbaycan çempionatları və kuboku yarışlarında 45-ci böyük hesablı qələbəsini qazanan “Xəzər Lənkəran” 24 müxtəlif komandaya gücünü göstərib. Bunlar aşağıdakılardı:
 
“Gənclərbirliyi” – 6
“Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” - 3
AZAL, “Qarabağ”, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” - 2
ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard” – 1
 
“Bakı” ilə qarşılaşma həm də ardıcıl ikinci böyükhesablı qələbə oldu. Bundan əvvəl Premyer Liqanın 17-ci turunda “Kəpəz”i 4:1 hesabı ilə məğlub edən XL çempionatda iki qələbəni sıralamaqla 21 aydan sonra belə bir nəticə əldə etdi. Məsələ ondadı ki, cənublular sonuncu dəfə 2009/10 mövsümündə ardıcıl iki rəqibi 3 və ya daha çox top fərqilə keçmişdi. Həmin vaxt 2010-cu il fevralın 21-də “Karvan”, martın 12-də isə “Qəbələ” məğlub edilmişdi: müvafiq olaraq 3:0 və 4:1.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”ın çempionatda ardıcıl böyükhesablı qələbələr rekordu 2004/05 mövsümündə qeydə alınıb. Həmin vaxt komanda “Şəmkir”i 4, “Gənclərbirliyi”ni 5, “Göyəzən”i 3 cavabsız qolla məyus etmişdi. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.