23 dekabr 2011 12:32
İnter Bakının futbolçusunu transfer edir
Seneqallı İbrahim Niasse ilə yeni müqavilə imzalayan "İnter" gözünü yerli bazara dikib. Azerisport.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze çoxdandı sərəncamında görmək istədiyi futbolçuya qovuşub. Bu, Əziz Quliyevdi.
3 il "Bakı" forması geyinən universal futbolçu "bankirlər"lə 2 illiyə anlaşıb. Əsas heyətə düşmədiyi üçün Aleksandr Starkovun gedişinə etiraz etmədiyi sabiq "Karvan"lı bakılılarla müqaviləsini qarşılıqlı formada pozub.
