23 dekabr 2011 12:45
AFFA hakimlərimizi yenə Türkiyəyə göndərir
2012-ci ilin yanvar ayından etibarən Türkiyədə azərbaycanlı hakimlərin ənənəvi təlim-məşq toplanışı başlayacaq. Azerisport.az xəbər verir ki, toplanış dövründə ədalət təmsilçilərimiz müxtəlif əcnəbi klubların yoldaşlıq matçlarını idarə edəcəklər.
Həmçinin qardaş ölkədə hakimlərimiz üçün seminar təşkil olunması da gündəmdədi. Həmin seminarın FİFA hakim-inspektoru Aleksey Spirin tərəfindən keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, bu, rusiyalı mütəxəssisin azərbaycanlı hakimlər üçün ilk seminarı olmayacaq.
