23 dekabr 2011 12:54
Heydərova: Uzun ötürmə
UEFA-nın rəsmi saytında 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilə bağlı növbəti videomaterial yerləşdirilib. Azerisport.az xəbər verir ki, “Heydərova: Uzun ötürmə” başlıqlı videomaterialda 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvü Əminə Heydərovanın iştirakı ilə uzaq məsafəyə dəqiq ötürmə verməklə bağlı məşqin görüntüləri, həmçinin yerinə yetirilən təmrinlər haqda futbolçunun səsləndirdiyi fikirlər əksini tapıb.
Xatırladaq ki, daha əvvəl UEFA-nın saytında 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvü Şəfəq Nəsirova haqda “Nəsirova: Keçid və zərbə” başlıqlı videomaterial yerləşdirilmişdi.
