24 dekabr 2011 14:48
Qarabağdan Kəpəzə bəd xəbər
Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin “Kəpəz”ə mümkün keçidi barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, Gəncə klubu təcrübəli futbolçunun xidmətində maraqlıdı.
Lakin Ağdam klubu hazırda ehtiyat qapıçı funksiyasını yerinə yetirən Vəliyevi buraxmaq fikrində deyil. “Qarabağ” Fərhadın müqaviləsinin müddəti başa çatana kimi komandada qalmasını istəyir. Hansı ki, onun müddəti yayda başa çatacaq.
Belə olan halda, “Kəpəz”in digər variantları nəzərdən keçirməsi gözlənilir. Ən real variant isə “İnter”in ehtiyat qapıçısı Səlahət Ağayevdi.
