24 dekabr 2011 18:25
Bakıya Eurovision dəstəyi (FOTO)
Avropanın ən mötəbər musiqi yarışması olan “Eurovision-2011”in qalibləri Nigar Camalla Eldar Qasımov "Bakı"ya uğurlar arzulayıblar. Azerisport.az xəbər verir ki, ZQAN Holdinqin keçirdiyi Yeni il şənliklərinə qatılan ulduzlar paytaxt klubunu çox sevdiklərini və diqqətlə izlədiklərini bildiriblər.
Bu ilin mayında Almaniyada keçirilən mahnı müsabiqəsində qalib gələrək Azərbaycanı zirvəyə daşıyan Nigarla Eldar "Bakı"nın prezidenti Hafiz Məmmədov tərəfindən hədiyyə olunan döş nişanlarını tədbirin sonunadək fəxrlə nümayiş etdiriblər.
