24 dekabr 2011 18:38
Kəpəz Mirbağır İsayevə əvəzləyici tapdı
"Kəpəz" klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra komandanı Fuad İsmayılov çalışdıracaq.
Bu haqda klubun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, komandanın baş məşqçi postu müvəqqəti olaraq Fuad İsmayılova həvalə edib. Yəni klub rəhbərliyi yeni baş məçqçi axtarışındadı.
Qeyd edək ki, İsmayılov ötən mövsüm bu komandanın baş məşqçisi idi. Lakin mövsümün sonunda onu Mehman Allahverdiyev əvəzləmişdi. Amma bir müddət öncə Allahverdiyevin istefası nəticəsində Mirbağır İsayev “Kəpəz”i çalışdırmağa başlamışdı. Bu gün isə o, klub rəhbərliyi ilə fikir ayrılıqları səbəbindən komandadan getdiyini açıqladı.
