24 dekabr 2011 11:24
Rəşad Sadıqovun əməliyyatı uğurlu oldu (FOTO)
Məlum olduğu kimi futbol üzrə yığma komandamızın və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov əməliyyat olunmaq üçün Türkiyəyə yollanmışdı. Azerisport.az xəbər verir ki, qasıq nahiyəsində uzun müddət problemlər yaşayan Azərbaycan millisinin kapitanı “Qəbələ”ylə axırıncı turdakı oyundan dərhal sonra qardaş ölkəyə müalicəyə getdi.
Artıq, 29 yaşlı futbolçu uğurla əməliyyat olunub. Hazırda Rəşadla birgə olan komandanın fizioterapevti Oktay Gürsoyun verdiyi məlumata görə futbolçunun əməliyyatı uğurla keçib. Əməliyyat hər 2 nahiyədən keçirilib. Rəşad özünü hazırda yaxşı hiss edir. Bir neçə gün həkim nəzarətində qalacaq Sadıqovun yaşıl meydana bir ay sonra dönməsi gözlənilir.
