24 dekabr 2011 11:46

Yuri Fomenko: Kimin nə danışması mənə maraqlı deyil

“Kəpəz”in hücumçusu Yuri Fomenko Premyer Liqanın 18-ci turunun “Neftçi” ilə oyunundan (0:2) sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- Mövsümün əvvəlində “Kəpəz” hamıdan çox qol vururdu, indi isə hamıdan çox top buraxır. Səbəb nədi?
- Biz elə mövsümün əvvəlində də çox qol buraxırdıq. Amma eyni zamanda da vura bilirdik. Amma sonradan yalnız öz qapımızdan qol buraxmağa başladıq. Bu, çox pisdi. Axı biz hamıdan çox qol buraxmaq üçün yarışmırıq. Amma düşünürəm ki, bizdə hər şey yaxşı olacaq. Baxaq görək qışda komanda necə hazırlaşa biləcək. Oyun keyfiyyətlərimizi mütləq yaxşılaşdırmalıyıq.
 
- Yəqin ki, “Neftçi” ilə son oyundan daha çox “Sumqayıt Şəhər”lə “Xəzər Lənkəran”a böyük hesablı (1:4) yenilgilər daha üzücü oldu?
- Bizim üçün sumqayıtlılara məğlubiyyət ümumiyyətlə şok oldu. Sanki başımıza soyuq su tökmüşdülər. Halbuki, oyuna yaxşı başlamışdıq. Hesabı da biz açmışdıq. Amma sonradan hər şey dəyişdi və dörd qol buraxdıq. Amma bu, futboldu. Belə şeylərdən qaçmaq olmur.
 
- “Neftçi”yə məğlubiyyətlə bağlı nə deyə bilərsiz?
- “Neftçi”yə qarşı da pis oynadıq. Əlbəttə, özümüzü daha yaxşı tərəfdən də göstərə bilərdik. Hər halda rəqibimiz bu qarşılaşmada layiqli qələbə qazandı.
 
- Bu görüşdə komandanızda nə çatışmırdı?
- Etiraf edim ki, mən özüm də bilmirəm ki, bizdə nə çatışmır. Ümumiyyətlə, son matçlarda oyunumuz sanki getmir. Amma tezliklə komandamızda hər şeyin yoluna düşəcəyinə inanıram.
 
- Son dövrlər “Kəpəz”dən xeyli oyunçu ayrıldı. Bütün bunlar da komandada əlavə problemlərə yol açmırdı ki?
- Bilirsiz, mənim işim meydana çıxıb oynamaq, qol vurmaqdı. Qalan şeylər, kimin nə danışması isə məni maraqlandırmır. Əsas öz oyunumu göstərməyimdi.

- Mövsümün geridə qalan dövrünü necə qiymətləndirərdiz?
- Mövsümə heç də pis başlamamışdıq. Yaxşı sürət yığmışdıq. Amma sonradan hər şey tərsinə cərəyan etməyə başladı. Ona görə də bütövlükdə yaxşı çıxış edə bilmədik. Əminəm ki, bundan xeyli yaxşı nəticələr qazana bilərdik.
 
- Bəs bu müddət ərzindəki öz oyununuzla bağlı nə deyərdiz?
- Konkret öz oyunumdan da tam razı deyiləm. Bilirəm ki, daha yaxşı ola bilərdi.
 
- Sizə özünüzü göstərməyə nə mane olurdu?
- Heç özüm də bilmirəm. Mən özüm özümə mane olurdum.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.