24 dekabr 2011 00:17
A Seriyasında növbəti baş məşqçi istefası
İtaliya A Seriyasında növbəti baş məşqçi dəyişikliyi olub. Azerisport.az xəbər verir ki, "Genoa" klubu baş məşqçisi Alberto Malesani ilə yollarını ayırıb.
Bu barədə klub rəsmi açıqlama yayıb. "Ceona"nın açıqlamasında bildirilir ki, iyun ayında komandanın başına gətirilən Malesani ilə müqavilə pozulub və komanda "Parma"nın sabiq baş məşqçisi Paskual Marinoya tapşırılıb.
Qeyd edək ki, Alberto Malesani "Geona"dan əvvəl İtaliyanın "Fiorentina", "Parma", "Verona", "Modena", "Udinese", "Empoli", "Siena", "Bologna" və Yunanıstanın "Panatinaikos" klublarını çalışdırıb.
Paskual Marino isə indiyədək "Milazzo", "Raqusa", "Paterno", "Foggia", "Arezzo", "Catania", "Udinese" və "Parma" klublarının baş məşqçisi olub.
