24 dekabr 2011 00:45

Flavinyo: Bu tempdə davam etsək, Neftçi yenə çempion olacaq

“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo azerisport.az saytına müsahibəsində Premyer Liqanın 18-ci turunun “Kəpəz”lə oyununu şərh edib, çempionatın qış fasiləsinə qədərki dövrünü dəyərləndirib.
 
- 2011-ci ilin son oyunu ilə bağlı nə deyə bilərsiz?
- Deməzdim ki, “Kəpəz”ə qarşı bu dəfəki oyunumuz çətin alındı. Birinci dövrədə rəqibimiz daha güclü təsir bağışlamışdı. Amma artıq bunun elə də ciddi önəmi yoxdu. Əsas odu ki, qələbə qazandıq.
 
- Qələbəyə baxmayaraq, oyundan sonra baş məşqçi Böyükağa Hacıyev bildirdi ki, legionerləri bu matça kökləmək çox çətin olub, siz hamınız artıq istirahət haqda düşünürmüşsüz...
- Bu, istisna deyildi. Amma sözügedən məsələ oyunumuza təsir göstərmədi. Mən hətta qol da vurdum (gülür). Düzdü, penaltidən oldu. Lakin nəzərə alsaq ki, “İnter”lə oyunda qələbə qazana bilməmişdik, hər şeyin o qədər də pis olmadığını düşünürəm.
 
- Mövsümün geridə qalan dövrü sizin üçün necə keçdi?
- Əgər biz turnir cədvəlinə başçılıq ediriksə, deməli mənfi hallardan danışmaq da mənasızdı. Hamıdan çox qələbə qazanmışıq. Az qala hər oyuna iki qoldan artığını vurmuşuq. Özü də topladığımız xal qədər qolumuz var.
 
- Məgər mənfi məqamlar yox idi?
- Uğursuz oyunlarımız da var idi. Amma onların sayı daha az idi, nəinki yaxşı oyunlarımız.
 
- Məsələn, ən yaxın izləyicinizlə hər iki oyunlarınız?
- Bəli, “İnter”lə oyunlar da bura daxildi. Amma bizim onlarla hələ yenə oyunlarımız olacaq. Onda kimin daha güclü olduğuna aydınlıq gələcək.
 
- Bu mövsümün gələcək taleyi ilə bağlı proqnozunuz necədi?
- Əgər bu tempdə davam etsək, o zaman Azərbaycan yenə “Neftçi”ni öz çempionu kimi görəcək. Amma bunun üçün uğurlu təlim-məşq toplanışı keçirmək lazımdı. Qışda bütün klublar güclənəcəklər. Yəqin ki, onlar da bizim yerimizdə olmağa hazırlaşacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.