25 dekabr 2011 13:49
İsayev Kəpəzdən gedişinin səbəbini açıqladı
“Kəpəz”in sabiq baş məşqçisi Mirbağır İsayev azerisport.az saytına müsahibəsində Gəncə klubundan ayrılmasının səbəblərindən danışıb. O, öncə bunları dilə gətirib:
“Məlum olduğu kimi, qış fasiləsi ərəfəsində mən komandanın 11 futbolçusu ilə yollarımızı ayırmağa qərar verdim. Onların onu bu qərarla razı olsa da, yalnız biri qətiyyən razılaşmaq istəmədi. Bu, gənc qapıçı Tural Abbaszadə idi. Hansı ki, o da komandadan gedəcək oyunçuların arasında idi”.
“Məlum olduğu kimi, qış fasiləsi ərəfəsində mən komandanın 11 futbolçusu ilə yollarımızı ayırmağa qərar verdim. Onların onu bu qərarla razı olsa da, yalnız biri qətiyyən razılaşmaq istəmədi. Bu, gənc qapıçı Tural Abbaszadə idi. Hansı ki, o da komandadan gedəcək oyunçuların arasında idi”.
İsayevin sözlərinə görə o, öncə bu qapıçını əvəzedici heyətə göndərmək istəyirmiş: “Bundan öncə onunla söhbətim olmuşdu. Demişdim ki, səni əvəzedici heyətə göndərmək istəyirəm. O, hələ gənc idi və Premyer Liqada oyun təcrübəsinə malik deyildi. Bütün bunları nəzərə alıb, onun ikinci komandada olmasını daha münasib saydım. Hər halda Tural orda daha yaxşı təcrübə toplaya bilərdi. Axı qapıçı üçün həmişə “çərçivə”də qalmaq daha münasibdi. Sadəcə, o, mənim bu təklifimi qəbul etmədi. Buna görə də mən onu komandadan gedəcəklərin sırasına daxil etmək məcburiyyətində qaldım”.
Gənc mütəxəssis həmin siyahı ilə rəhbərliyin də tanış olduğunu deyir: “Bu siyahı ilə rəhbərlik də tanış olmuşdu. Hətta klub prezidenti Elmir Əliyevlə birgə bunu təsdiqləmişdik də. Amma sonradan rəhbərlik belə qərar çıxardı ki, Tural komandada qalmalıdı. Mən isə onu orda görmürdüm. Bu kollektivə görə mən cavabdehəm, nəticələrə görə mən cavab verirəm. Belə olduğunu görüncə, komandadan getməyə qərar verdim. İndi özünüz qərar verin. Mənim komandada görmək istəmədiyim futbolçunu heyətdə saxlasaydılar, orda qalmağım da düz olmazdı”.
“Turalın komandaya qaytarılacağını eşidəndə klub prezidentinə bildirdim ki, onda mən “Kəpəz”dən gedəcəm. O, xahiş etdi ki, qərar verməyə tələsməyim. Əgər Abbaszadəni geri qaytarsaydım, digər 10 futbolçuya qarşı da düzgün etməmiş olardım” – deyə, İsayev bildirib.
Gəncə klubunun sabiq çalışdırıcısı istefasında başqa heç bir səbəbin olmadığını vurğulayıb: “Mən başqa heç bir təklif almamışdım. Kimlərsə düşünə bilər ki, “Kəpəz”dən belə tez ayrılmağıma hansısa başqa təklif səbəb olub. Amma bu, belə deyil. Artıq komandanı çempionatın qalan hissəsinə hazırlamaq üçün plan da qurmuşdum. Amma bu məsələdən sonra bütün planlar pozuldu”.
