25 dekabr 2011 11:47
Elnur Allahverdiyev: XL layiqli çempionluq istəyir
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Premyer Liqanın 18-ci turunun “Bakı” ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb, mövsümün geridə qalan dövrünü dəyərləndirib:
- Mövsümün geridə qalan dövrünü “Xəzər Lənkəran” üçün necə qiymətləndirirsiz?
- Biz mövsümə uğurlu başlamışdıq. Hamı bizim necə oynadığımızı görürdü. “Xəzər Lənkəran” lider idi, bir ara ən yaxın izləyicisini 7 xal qabaqlayırdı. Amma sonradan uğursuz seriya başladı. Hər oyunda xal itirirdik. Buna baxmayaraq “Xəzər Lənkəran” ilin sonunda özünə gələ bildi. Son oyunlarda göstərdik ki, komanda artırır. Bunun məntiqi nəticəsi kimi “Bakı”nı böyük hesabla (3:0) yenməyi bacardıq.

- “Bakı” ilə oyun hansısa prinsipiallıq daşımırdı ki?
- Bu, çempionatın adi bir oyunu idi. “Xəzər Lənkəran” çempionatın qızıl medallarını qazanmaq istəyir. Buna görə də biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. “Bakı”nı yenməklə onlardan güclü olduğumuzu göstərdik.

- Baş məşqçi dəyişikliyi komandaya nə dərəcədə kömək etdi?
- Bizim məğlubiyyətlərə bütün komanda günahkar idi. Ancaq baş məşqçini günahlandırmaq düz olmazdı. Sadəcə, məğlubiyyətlər sıralananda, dəyişikliklər də qaçılmaz olur.

- Oyunçularla Cüneyt Biçər arasında münasibətlər yaxşıdı?
- Hamımız bilirik ki, Biçər yaxşı məşqçidi. Onun futbola öz baxışı var. Biçər kollektivə çox yaxşı yanaşır. “Xəzər Lənkəran”ın heyəti isə ölkədən ən güclülərdəndi. Buna görə də çempionluq mübarizəmizi davam etdirməliyik.

- “Neftçi”yə böyük hesablı yenilgi (0:5) oyununuza çoxmu təsir göstərir?
- Həmin məğlubiyyəti xatırlamaq istəmirəm. Bu, mənim karyeramdakı ən üzücü yenilgilərdəndi. Onlar çoxdan idi bizi məğlub edə bilmirdilər. Amma bu dəfə alındı. Bu qələbə onları çempion etməyəcək. Əsas odu növbəti oyuna hazır olasan. Bizim revanş üçün şansımız olacaq.
- Sizcə, “Neftçi”ni qabaqlamaq mümkün olacaq?
- Əgər “Neftçi”ni yensək, liderliyi geri qaytaracağıq. Altılıq mərhələsində onlarla iki oyunumuz olcaq. Deməli, şans var. “Xəzər Lənkəran” belə məğlubiyyətə layiq olmadığını isbatlayacaq.

- Mətbuatda iddia olunur ki, Mirça Rednikin gedişindən sonra azarkeşlər komandanı dəstəkləməyəcək...
- Baş məşqçi dəyişiklikləri futbolda tez-tez olur. Rednik komandanı çempion etmək istəyirdi. Amma indi həmin mübarizəni Biçərin rəhbərliyi altında davam etdiririk. Azarkeşlər bizi dəstəkləyəcəklər. Mən lənkəranlıların bu komandanı necə sevdiklərini bilirəm. Əsas odu ki, biz oynayaq, qələbə qazanaq.
- “Xəzər Lənkəran”a çempionluq üçün nə lazımdı?
- Öz oyununu tapmaq. “Neftçi”yə məğlubiyyətdən sonra bizim çətin anlarımız oldu. Amma artıq hər şey arxada qalıb. Yanvarda komanda yəqin ki, güclənəcək. Çempionatda əsas mübarizə hələ qarşıdadı. Biz bütün rəqiblərimizi məğlub etmək və layiqli çempionluq qazanmaq istəyirik.