25 dekabr 2011 12:03
Superliqa klubunda baş məşqçi dəyişikliyi
Türkiyənin “Eskişehirspor” klubu baş məşqçisi Mixael Skibbe ilə yollarını ayırmaq məcburiyyətində qalıb. Azerisport.az xəbər verir ki, buna səbəb almaniyalı mütəxəssisin Bundesliqa təmsilçisi “Hertha”dan aldığı sərfəli təklib olub.
Nəticədə, komandası Superliqada uğurlu çıxış etməsinə baxmayaraq, Skibbe Türkiyə klubu ilə yollarını ayırmağa və ölkəsinə dönməyə üstünlük verib. Lakin Eskişehir klubu artıq Skibbeyə əvəzləyici tapıb. Belə ki, sözügedən komandanı bundan sonra Ersun Yanal çalışdıracaq.
Qeyd edək ki,17 turdan sonra “Eskişehirspor” 9 qələbə, 3 heç-heçə və 5 məğlubiyyətlə 18 komanda arasında 4-cü pillədə qərarlaşıb. 30 xala malik bu komandanı lider “Galatasaray”dan cəmi 7 xal ayırır.
