25 dekabr 2011 00:21
Amit Quluzadəni Türkiyə kubokundan kənarlaşdırdılar
Futbol üzrə Türkiyə kubokunda 2-ci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin şərəfini qoruduğu “Erciyesspor” da şansını yoxlayıb.
Həmyerlimizin komandası bu mərhələdə “Adana Demirspor”la üz-üzə gəlib. Lakin Kayseri təmsilçisi uğursuzluqla üzləşib. Belə ki, rəqib meydanında baş tutan görüş 2:1 hesabıyla adanalıların qələbəsiylə bitib. Beləcə, “Erciyesspor” Türkiyə kubokundan kənar qalıb.
Quluzadə də bu oyunun iştiraçısı olub. Start heyətində meydana çıxan millimizin üzvü 66-cı dəqiqədə Özcan Polatla əvəzlənib.
Türkiyə kuboku
2-ci mərhələ
Adana Demirspor – Erciyesspor – 2:1
Qollar: Burhan Coşkun, 3, Süleyman Varlık, 57 - Cemil Adıcan, 52.
