25 dekabr 2011 13:04
Türklər Amitin kubok oyununu qiymətləndirdilər
Türkiyə mətbuatı yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin kubokdakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, səfərdə “Adana Demirspor”la qarşılaşmanın iştirakçısı olan “Kayseri Erciyesspor”un üzvü orta qiymətə layiq görülüb.
Belə ki, türkiyəli həmkarlarımız Amitə 5 bal veriblər. Hansı ki, komandasının heyətində ondan da zəif təsir bağışlayanlar olub.
Xatırladaq ki, Amit bu oyunda start heyətində meydana çıxmışdı. Lakin o, 66 dəqiqə meydanda olub və əvəzlənib. Komandası isə məğlubiyyətlə (1:2) üzləşib və kubokdan kənar qalıb.
Kayseri Erciyesspor: Ali – 4, Amit - 5 (Özcan, 66) - 4, Bilal - 4, Cemil - 4, Hakan Doğru - 5, Hassan - 4, Mehmet Öztonga - 5, Emrah - 5, Emre – 5, (Cenk, 58) - 5, Metin – 5, (Mehmet Yaman, 77) - 5, Alican – 5.
