25 dekabr 2011 00:25
Neftçi Gürcüstan klubunu iki cavabsız qolla yendi
"Neftçi"nin aşağı yaş qruplarından ibarət iki komandası Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, hər iki komanda yarışa qələbə ilə başlayıb.
A qrupunda çıxış edən 1998-ci il təvəllüdlülərdən ibarət "Neftçi" klubu Tbilisi "Dinamo"sunu 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Araz Qulamovun rəhbərlik etdiyi komandanın hər iki qoluna Orxan Mikayılov imza atıb.
B qrupunda mübarizə aparan 1999-cu il təvəllüdlü futbolçulardan ibarət "Neftçi-2" isə Tbilisi şəhərinin 135 saylı orta məktəbinin komandasına 4:3 hesabı ilə qalib gəlib. Baş məşqçisi Ramil Həbibov olan komandanın qollarını Pilağa Mehdiyev (2), Ayaz Abbaszadə və Bahadur Həziyev vurub.
Qeyd edək ki, A qrupunda həmçinin "İnter", AZAL və "Rəvan", B qrupunda isə "Hövsan", "Əlincə" və "Bakı" klubları da yer alıb.
