25 dekabr 2011 12:48

Xaqani Məmmədov Xanlar Fətiyevin cavabını verdi

AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Gəncə Regional Futbol Federasiyasının rəhbəri Xanlar Fətiyevin Azərbaycandakı hakimliklə bağlı verdiyi açıqlamaya cavab verib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
 
"Milli Məclisin deputatı, Gəncə Regional Futbol Federasiyasının rəhbəri Xanlar Fətiyevin Azərbaycandakı hakimliklə bağlı verdiyi açıqlamalar diletant səviyyəsindən başqa bir şey deyil. Heç bir sübut-dəlili olmadan hakimləri vicdansızlıqda, rüşvətxorluqda və satqınlıqda ittiham etmək millət vəkilinə yaraşmayan ifadələrdi".
 
Məmmədov “Trend”ə açıqlamasında deyib ki, əgər Xanlar Fətiyevdə hər hansı bir sübut və yaxud fakt varsa, futbol ictimaiyyətinə açıqlasın: "Mən inanmıram ki, bu fikirlər millət vəkilinə məxsusdur. Əks halda, böyük bir futbol regionunun təsərrüfatına rəhbərlik edən bir insan görməli və bilməlidir ki, belə şeylər ola bilməz. Hakimin fitə basılması, bəzən də onların ünvanına nalayiq ifadələr işlədilməsi o demək deyil ki, hakimlər qərəzlidir və yaxud fitə basanlar və nalayiq ifadə işlədənlər düzgün hərəkət edirlər. Oyundan sonra hakimin azarkeşlər və fanatlar tərəfindən hücuma məruz qalmasını bəzi klubların səviyyəsiz rəhbərlərinin fitvası ilə baş verdiyini tam əminliklə deyə bilərik. Bu problemin mövcudluğunda "Kəpəz" FK istisna deyil".
 
Məmmədov Xanlar Fətiyevin Azərbaycan futbolunun ciddi qələbələrdən geri qaldığı iddiası ilə razıdı: "Bəli, Xanlar müəllimin bu fikiri ilə razıyıq. Ancaq qələbələrdən geri qalmağımızın səbəbi hakimlikdə yox, Xanlar Fətiyev kimi futbolda öz üzərinə düşən işi layiqincə yerinə yetirə bilməyən rəhbərlərdədir. Nəhəng futbol dövlətlərində olduğu kimi, Azərbaycan futbolunda da hakimliklə bağlı bəzi problemlər var. Bunu heç kim inkar etmir. Amma Rövnəq Abdullayevin AFFA-ya prezident seçilməsindən sonra daima hakimliyin səviyyəsini qaldırmaq, inkişaf etdirmək üçün böyük işlər görülür. Hakimlər üçün müxtəlif seminarlar, ölkə hüdudlarından kənarda təlim-məşq toplantıları keçirilir, onların maariflənməsi üçün müxtəlif tədbirlər həyata keçirilir".
 
Onun sözlərinə görə, Hakimlər Komitəsində (HK) rüşvətxorluq, satqınçılıq yoxdur və ola da bilməz: "Amma hakimləri bu yola təhrik etməyə çalışan, onlara şirnikləndirici vədlər verən klub rəhbərləri, məşqçiləri haqqında bizdə kifayət qədər məlumatlar var və bu barədə ciddi tədbirlər görülür".
 
O ki qaldı oyunlarda səhvə yol verən hakimlərə qarşı müvafiq addımların atılmamağına, Məmmədov bildirib ki, heç bir hakim səhvi HK-nin diqqətindən yayınmır və hər biri layiqli cəzalarını alırlar: "Hətta bəzi hakimlər, ümumiyyətlə, Premyer-Liqa oyunlarından birdəfəlik uzaqlaşdırılmaq kimi cəzaya məruz qalırlar. Sadəcə olaraq, UEFA-nın və AFFA-nın Hakimlər Komitəsinin direktivlərinə əsasən bu cəzalar mətbuata açıqlanmır. Cənab Xanlar Fətiyev "sifarişli" oyunlar deyəndə hansı faktlara əsaslanıb deyir, bu məlum deyil. Əgər varsa, buyursun desin. İnandırıcı deyil ki, o bunu edə bilsin. Xanlar Fətiyev təmsil etdiyi Gəncə Regional Futbol Federasiyasının problemlərini və millət vəkili kimi üzərinə düşən problemləri aradan qaldırsa, futbolumuz daha sürətlə inkişaf edər".
 
Qeyd edək ki, Xanlar Fətiyev Trend-ə açıqlamasında hakimləri rüşvətxorluqda günahlandırmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.