26 dekabr 2011 13:51
AFFA-da diplom həyəcanı (FOTOREPORTAJ)
Bu il mayın 10-da AFFA, Liverpul Universiteti və FMMİ şirkətinin əməkdaşlığı çərçivəsində AFFA-nın Futbol İdarəçiliyi Təlim Proqramının giriş mərhələsinə start verilmiş, mayın 13-dək davam edən tədbirdə AFFA-nın və “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran”, AZAL, “Qarabağ”, “İnter”, “Bakı”, “Turan” klublarının nümayəndələri iştirak etmişdi. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov Futbol İdarəçiliyi Təlim Proqramının iştirakçılarına müvafiq diplomlar təqdim edib.
