26 dekabr 2011 14:32
Azərbaycan dünya yığmaları arasında 71-ci yerdə
FİFA qadınlardan ibarət futbol yığmaları arasında yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi son siyahıda 71-ci pillədə gedir.
Komandamızın hesabında 1341 reytinq xalı var. Azərbaycan millisinin əvvəlki reytinq cədvəli ilə müqayisədə bir pillə gerilədiyini də vurğulayaq.
Bütövlükdə isə siyahıya ABŞ millisi başçılıq edir – 2148 xal. Almaniya ikinci (2143), Yaponiya üçüncüdü (2106).
