26 dekabr 2011 14:52

“Dinamonun bir oyunçusunun qiyməti Neftçinin bütün heyətinin qiymətinə bərabərdi”

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev 2011-ci ilin yekunlarını şərh edib. Azerisport.az xəbər verir ki, Musayev bir sıra hallarda ölkədə insanlarda futbola həvəs oyatmaq əvəzinə, əks-təbliğat aparıldığını təəssüflə qeyd edib.
 
PFL prezidentinin sözlərinə görə, milli komandanın Türkiyə yığması üzərində qələbəsi və bir sıra oyunlarda uğurlu nəticə qazanması futbolun inkişafının göstəricisidi: "Futbol elə bir sahədi ki, nəticə əldə edilməsi üçün vaxt tələb olunur. Bəzi şəxslər bunu inkar etsə də, 2011-ci ildə Premyer Liqanın inkişaf etdiyinin şahidi olmuşuq. Premyer Liqa komandalarının oyununun sürətlənməsinin özü bir faktdı".
 
Musayev 2011-ci ildə ötən illə müqayisədə stadionlara gələn azarkeşlərin sayının artığını da qeyd edib: "Azarkeşlər əsasən həlledici oyunlara, ilk "altılıq"dakı komandaların qarşılaşmalarına daha çox maraq göstərirlər. Əsasən regionlarda stadionlara gələnazarkeşlərin sayı artır".
 
Musayev hesab edir ki, "altılıq" sistemi özünü doğruldur: "Bu sistem çempionatlarda oyunun sayını artırmağa şərait yaradır. Futbolçular məhz oyunda öz bacarığını artırır, yalnız məşqlə heç bir nailiyyət əldə olunmaz. Oyunlarınn sayının çox olması futbolun inkişafına təkandı".
 
Onun sözlərinə görə, "altılıq" sistemi bir növ Avrokuboklar uğrunda yarışlara gedən komandaların daha güclü klublarla oynayaraq Avropa klubları ilə oyunlara hazır olmasına şərait yaradır. Musayev Azərbaycan klublarının 2011-2012 mövsümündə göstərdiyi zəif nəticəyə də münasibət bildirib:
 
"2011-ci ildə Avrokuboklar uğrunda yarışlarda tək "Qarabağ" nəticə əldə etsə də, püşkatma amilini də nəzərə almaq lazımdır. Bəzən deyirlər ki, "Neftçi" "Dinamo" (Zaqreb) ilə mübarizə apara bilmədi. Axı Xorvatiya klubunun bir oyunçusunun qiyməti "Neftçi"nin bütün heyətinin qiymətinə bərabərdi. Komandalara daha səviyyəli oyunçular gətirməyə ehtiyac var və inanıram ki, növbəti il bunun şahidi olacağıq". (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.