26 dekabr 2011 15:05
AFFA və millimizin üzvləri uşaqları sevindirdi (FOTOLAR)
Bu gün Azərbaycan milli komandasının, 17 yaşadək qızlardan ibarət yığmamızın üzvləri, AFFA-nın və FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri Suraxanı rayonundakı 2 saylı Uşaq Evində olub, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə burada tərbiyə alan uşaqları təbrik edib, onlara hədiyyələr veriblər. Azerisport.az xəbər verir ki, tədbirdə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotu da iştirak edib.
