26 dekabr 2011 16:00
Azərbaycan millisi ili darmadağınla başa vurdu (FOTOREPORTAJ)
Bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “İnter” klubunun U-17 və U-19 komandalarının futbolçularından təşkil olunmuş komanda ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolların müəllifi Ruslan Nəsirli, Fuad Bayramov və Ruslan Bədəlov olub.
