26 dekabr 2011 16:28
Rivaldo Neftçinin sabiq hücumçusunu aldı
"Neftçi"nin sabiq futbolçusu Joze Karlos özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, 1,5 il klubsuz qalan braziliyalı forvard "Mogi Mirim" klubuna keçib.
Məşhur futbolçu Rivaldonun prezidentlik etdiyi klub rəsmi saytı vasitəsi ilə yeni mövsüm üçün sifariş ərizəsini açıqlayıb. Sifariş ərizəsində Joze Karlosun da adı var.
Qeyd edək ki, Joze Karlos 2008-2010-cu illərdə "Neftçi"də çıxış edib.
